9-cu dəfə burun əməliyyatı etdirdi, Maykl Ceksona bənzədildi



 14:35 29.04.2024     215

Müğənni Murat Dalkılıç uşaqlığından ciddi problemlər yaşadığı burnuna görə ötən fevralda 9-cu dəfə bıçaq altına düşüb.

Demedia.az xəbər verir ki,bu müddətdə konsertlərinə ara verən və müalicəsinə köklənən Dalkılıç Neslihan Atagüllə görüşə qatılan Murat Dalkılıç son əməliyyatından sonra ilk dəfə görüntülənib.

Kökəldiyini fərq edən müğənninin son görünüşü sahib olduğu estetika ilə adını dünyaya tanıtdıran Maykl Ceksona bənzədilib. Müğənninin son görünüşünü bəyənməyən izləyiciləri “Bir daha olmadı, daha eləmə” şərhini yazıblar.

2019-cu ildə qatıldığı proqramda burnunda yaranan narahatlıqdan danışan Murat Dalkılıç deyib:  "Əslində yeddi dəfə plastik əməliyyat etdirmişəm. İbtidai məktəbdən bəri burnumda plastik əməliyyat keçirmişəm. Xəstəliyim var. Burun sümüklərim. həkim o sümükləri götürəndə mənim də qığırdaqlarımı çıxartdı və həyatımın ən çətin dövrləri başladı. Artıq burnumu düzəltdirməmişəm, yoruldum”.

Aysun / Demedia.az