Allergiyası olanlar! Bunları qətiyyən yeməyin - Video
Təəssüf ki, son illərdə allergik xəstəliklərin sayı artmaqdadır. Uşaqlarda bu hala daha çox təsadüf edilir.
Ətraf mühit amilləri, digər faktorlarla yanaşı, qiadalar da allergiyaya səbəb olur. Qidaların allergik xüsusiyyətləri barədə istehlakçının lazımi səviyyədə məlumatlanmaması da allergik xəstəliklərin kəskinləşməsinə aparıb çıxarır. Allergik xəstəliklər səbəbiylə həyatını itirənlərin sayı da hər keçən gün çoxalmaqdadır…
Allergiya nədir? Nəfəslə alınan, yeyilən, inyeksiya edilən, dəriylə təmas edən təbii və qeyri-təbii bir maddənin orqanizmin özünümüdafiə mexanizmindən daha yüksək sürətlə hərəkətə keçməsinə allergik vəziyyət deyilir. Hazırda allergik vəziyyətlərin yaranması və qarşısının alınması istiqamətində tibbi tədqiqatlar davam etməkdədir. Allergiyanın simptomları bunlardır: 1. Nəfəs almaqda çətinlik; 2. Həzm sisteminin işində pozulma; 3. Dəridə qızarma; 4. Orqanlarda şişmə (böyümə);
Demedia.az "Demədi Demə" "Youtube" kanalında mövzu ilə bağlı paylaşılan həmin videonu təqdim edir. Videonu izləyərək mövzu barədə ətraflı məlumat əldə edə bilərsiniz.
Rəna İsmayılova / Demedia.az