Çinlilər diz ağrısının çarəsini tapıb - Oynaqlarda maye azalıbsa, bunu edin! - Video
Dizdə maye azalması nədir?
Dizlərinizdə ağrı, hərəkət etməkdə çətinlik, oynaq narahatlıqları yaşayırsınızsa, dizdəki mayenin azalmasından şübhələnə bilərsiniz. Dizdə maye itirilməsi diz oynağındakı sinovial mayenin azalması halıdır. Bu maye oynaqlarının bir-birinə sürtünməsi zamanı xəsarəti əngəlləyən bir maddədir. Daha çox qocalma, yaralanmalar, bəzi oynaq xəstəlikləri zamanı orataya çıxsa da, gənc adamlarda da yarana bilir. Bəs dizdə maye itirilməsinin bitki mənşəli müalicəsi varmı? Videomuza sona kimi baxsanız, bu haqda danışacam. Dizdə maye azalması və ya tükənməsi o deməkdir ki, dizdəki mayenin tərkibi dəyişir, yaxud mayenin tədricən itirilməsi baş verir. Oynaq mayesi şəffaf və həlimvari maddədir. Skelet sistemindəki qığırdaqların qidalanmasında olduqca önəmlidir. Məhz buna görə, dizdə maye itirilməsi oynaq səthlərinin sürtünməsini intensivləşdirir, qığırdaq toxumasının xəsarət almasına, insanın rahat hərəkət etməməsinə səbəb olur. Oynaqlar arasındakı mayenin əsas birləşməsi hialuron turşusudur. Bu turşu oynağın dözümlülüyünü, elastikliyini yüksəldir.
Demedia.az "Bir Bax" "Youtube" kanalında yayımlanan həmin videonu sizinlə bölüşür. Videonu izləyərək mövzu barədə ətraflı məlumat əldə edə bilərsiniz.
Rəna İsmayılova / Demedia.az