Evin döşəməsindən insan çənəsi çıxdı...



 19:29 29.04.2024     699

Valideynlərinin evində təmir işləri başa çatdıqdan sonra hər şeyin qaydasında olub-olmadığını yoxlamaq istəyəndə döşəmədə qəribə bir şey hiss edib.

Demedia.az xəbər verir ki, sosial media tətbiqi Reddit-də 'Kidipadeli75' istifadəçi adı ilə paylaşımlar edən diş həkimi ona ilk baxanda fərq etdiyi qəribəliyin arxeoloji tapıntı olacağını düşünə bilməzdi. Lakin tezliklə vəziyyət onun gözlədiyindən fərqli inkişaf etdi. Çünki döşəmə örtüyündə onun diqqət çəkdiyi qəribə şey insan çənə sümüyü idi!

Bu maraqlı vəziyyəti sosial media hesabında paylaşan istifadəçi valideynlərinin məxfiliyini təmin etmək üçün anonim qalmağa üstünlük verib. Onun paylaşdığı foto qısa müddət ərzində çoxlarının marağına səbəb olub. Fotodakı maraqlı obyektin bir neçə dişin göründüyü qədim insan çənə sümüyünün parçası olduğu ortaya çıxdı. Tezliklə diqqət çəkən foto bir çox insanın ağlına belə bir sual gətirdi: “İnsan bədəninin bir hissəsi əhəngdaşı növündən hazırlanmış döşəmə örtüyü içərisində nə edir?”

“Diqqət etdiyim dəqiq dişlər deyil, mənim üçün daha çox tanınan çənə sümüyünün formasıdır. “İmplant stomatologiyası üzrə ixtisaslaşdığım üçün hər gün bu tip şəkillərlə işləyirəm və bu, çox tanış görünür”.

Qısa müddətli araşdırmalardan sonra əhəngdaşı növü olan travertindən olduğu ortaya çıxan keramika məmulatlarının Türkiyədəki karxanadan gətirilməsi alimlərin diqqətini çəkib. Arxeoloqlar evdən tapılan döşəmə örtüklərini də daha ətraflı tədqiq etməyə başlayıblar. Arxeoloqlar şübhəli gördükləri döşəmə örtüklərinin düzgün araşdırılmasını təmin etmək üçün diş həkimləri ilə birlikdə araşdırmalar aparırlar.

Bu vəziyyət bir çox insanı şoka salsa da, paleoantropoloqlar (fosil alimləri) əslində vəziyyətin təəccüblü olmadığını düşünürlər. Ticarət məqsədləri üçün istifadə edilən daşların yüz minlərlə il ərzində yığılan çöküntülər nəticəsində əmələ gəldiyini bildirən elm adamları, çənə parçasının yaxınlarda baş vermiş ölümün qalıqları olmadığını düşünürlər. İlkin qiymətləndirmələrə görə, çənə qalıqlarının ən az 1,8 milyon il yaşı olduğu düşünülür.

Pamukkale Universiteti Geologiya Mühəndisliyi Fakültəsinin müəllimi Prof. Dr. Mehmet Cihat Alçiçek çənə sümüyünü müayinə etməyi planlaşdırdığını bildirərək, döşəmə örtüyünün xammalı olan daşların Dənizli yaxınlığındakı karxanalardan çıxarıldığını bildirib. Alçiçek, memarlıq materialı sayılan travertinlərin çox vaxt köhnə fosilləri ehtiva edə biləcəyi və əvvəlki araşdırmalarda da oxşar nəticələrə gəlindiyi məlumatını paylaşıb. Dənizli hövzəsindəki travertinlərdə mamont, kərgədan, zürafə, at, maral, sürünən və tısbağa qalıqları da daxil olmaqla bir çox fosil tapılıb.

2002-ci ildə prof. Dr. Mehmet Cihat Alçiçek tərəfindən aparılan araşdırmalarda Dənizlinin Hozan mahalındakı mərmər ocağında 'insanın əcdadı' olaraq bilinən 'Homo Erectus' (dik dura bilən adam) fosili tapıldı 'Dənizli Adam' olaraq adlandırılan 500 min illik, 20-40 yaşlarında, təxminən 15 yaşlarında qaradərili bir kişiyə aid olduğu müəyyən edildi. 500 min illik kəllə fosilinin tapılması bəşəriyyət tarixinə və elm dünyasına ilk insanların dünyada yayılması haqqında mühüm məlumatlar verdi.

Türkiyə dünyanın ən böyük blok mərmər ixracatçısıdır. 2013-cü il etibarilə Türkiyənin blok mərmər ixracatı 1,11 milyard dollara çataraq tarixinin ən yüksək göstəricisinə çatıb. Blok mərmər ixracatında Türkiyəni sırasıyla İtaliya, İspaniya, Misir və Yunanıstan izləyir.

Aysun / Demedia.az