Meteor və ya qala olduğunu heç kim bilmir... - VİDEO
Sivasda qayaların altında xəzinə axtaran xəzinə ovçuları kəndliləri bədbəxt edib.
Demedia.az xəbər verir ki, Kənd sakinlərindən Muammer Biçici “qazırlar, amma burada qətiyyən xəzinə yoxdur” deyib.
Sivasın mərkəzi Yaramış kəndində yerləşən qaya görənlərin diqqətini çəkir. Bəzilərinə görə kəndin çıxış hissəsində yerləşən qaya köhnə qala, bəzilərinə görə isə meteorit kimi tanınır.
Kəndlilər tərəfindən "toplu daş" kimi tanınan qaya bir müddət əvvəl xəzinə ovçuları tərəfindən dağıdılıb. “Artıq dincliyimizi itirdik” deyən kənd sakinlərindən Muammer Biçici deyir: “Qazıntı aparırlar, amma burada qətiyyən xəzinə yoxdur. Burada tədbir görülməlidir".
Aysun / Demedia.az