“WhatsApp”da video göndərmə xətası yaranıb



 15:59 30.04.2024     290

“WhatsApp” hər gün yeni funksiyalar qazansa da, bəzi xətalar qaçınılmaz ola bilər.

Demedia.az xəbər verir ki, “Android” versiyasında yaşandığı bildirilən problem, tətbiqdə video göndərməyin mümkün olmadığını ortaya qoyub.

“WhatsApp” istifadəçiləri videoları qarşı tərəfə artıq ötürə bilməz. Belə ki, “Android” üçün “WhatsApp”da video göndərmə xətası var.

Bununla belə, problemin nə qədər geniş yayıldığı və ya onun bütün Android versiyalarına təsir edib-etmədiyi bəlli deyil.

Bahadur Seyidov