Britaniyada HƏMAS-a təklif



 16:43 30.04.2024     300

Britaniyanın xarici işlər naziri Devid Kemeron HƏMAS-a 40 günlük atəşkəs təklif edildiyini açıqlayıb.

Demedia.az xəbər verir ki. Kemeron bəyan edib ki, təklifə İsrail girovları müqabilində minlərlə fələstinli məhbusun azad edilməsi daxildir.

“Ümid edirəm ki, Həmas bu razılaşmanı qəbul edər və düzünü desəm, bu gün dünyanın bütün təzyiqləri və gözləri Həmas üzərində olmalı və onlara “Bu təklifi qəbul edin” deməlidir””, -deyə  o qeyd edib.

Bahadur Seyidov