Milyarder diyarı açıqlandı - SİYAHI



 15:52 30.04.2024     276

 

Forbes jurnalı dünyada ən çox milyarderin yaşadığı şəhərləri açıqlayıb.

Demedia.az xəbər verir ki, Nyu-York 110 milyarderlə "milyarder paytaxt" olaraq qalır. Dünyadakı 2781 “dollar milyarderi”nin dörddə biri 10 şəhərdə yaşayır.

Siyahıya əsasən, ümumi sərvəti 3 trilyon dollar olan milyarderlərin təxminən dörddə biri altı ölkənin on şəhərində yaşayır.

Ötən illə müqayisədə siyahıya 9 milyarder əlavə edən Nyu-York 110 nəfərlə “milyarder paytaxt” statusunu qoruyur.

İkinci və üçüncü yerləri 74 milyarderlə Moskva və Honq Konq bölüşür.

Rusiyanın Ukraynada müharibəsi davam edərkən, Moskvadakı ultra varlılar ümumilikdə daha 50 milyard dollar qazanıblar.

Dördüncü yerdə 69 milyarderlə Hindistanın Mumbay şəhəridir. Bu şəhərdə 116 milyard dollarlıq sərvətlə Asiyanın ən varlı adamı Mukeş Ambani yaşayır.

Beşinci yerdə 63 milyarderlə Çinin paytaxtı Pekin qərarlaşıb. Pekin 2021-ci ildə siyahının başında qaldıqdan sonra 32 milyarder itirib.

İngiltərənin paytaxtı London 62 milyarderlə altıncı, Çindən Şanxay 54 milyarderlə 7-ci, ABŞ-dan Los-Anceles 53 milyarderlə 8-ci, Sinqapur 52 milyarderlə 9-cu, ABŞ-dan San-Fransisko qərarlaşıb. 50 milyarderlə 10-cu sırada iştirak edir.

Bahadur Seyidov