İsrail bu bölgəyə hücum edəcək



 17:15 30.04.2024     184

İsrail ordusunun radiosunda Təl-Əviv və HƏMAS arasında baş tutması gözlənilən əsir mübadiləsi danışıqlarında irəliləyiş əldə olunmazsa, İsrail ordusunun Qəzza zolağının cənubundakı Rəfaha qurudan hücum edəcəyinə dair xəbər dərc edilib.

Demedia.az xəbər verir ki,adı açıqlanmayan təhlükəsizlik mənbələrinə əsaslanan xəbərdə məhbus mübadiləsi danışıqlarında irəliləyiş olmadığı təqdirdə İsrail ordusunun köçkün fələstinlilərin sığındığı Rəfaha qurudan hücum edəcəyi bildirilib.

Aysun / Demedia.az