"Barselona"dan möhtəşəm qələbə



 12:49 30.04.2024     175

La Liqanın 33-cü turunun matçında "Barselona" doğma meydanda "Valensiya" ilə üz-üzə gəlib. Luis Companys Stadionunda keçirilən görüşdə Barselona 4-2 hesabı ilə qalib gəlib.

Demedia.az xəbər verir ki,  meydan sahiblərinin qollarını 22-ci dəqiqədə Fermin Lopez, 49, 82 və 90+3-cü dəqiqələrdə isə Robert Levandovski vurub. 

"Valensiya"nın qollarını 27-ci dəqiqədə Uqo Duro, 38-ci dəqiqədə isə Popelu penaltidən vurub. "Valensiya"nın qapıçısı Mamardaşvili qırmızı vərəqə alıb.

"Barselona" "Real Madrid"ə məğlubiyyətdən sonra bu qələbə ilə özünə gəlib. 

Aysun / Demedia.az