Gözəllik kraliçasının dəhşətli sonu...



 19:00 30.04.2024     641

Ekvadorun gözəllik kraliçası Lendi Parraqa günorta saatlarında silahlı hücum nəticəsində dünyasını dəyişib.

Demedia.az xəbər verir ki, Lendi Parraqa adlı 23 yaşlı qadın 2022-ci ildə Los Rios ştatını təmsil edən "Miss Ekvador" müsabiqəsində iştirak edib.

Sosial media hesablarında bir milyondan çox izləyicisi olan Parraga eyni zamanda öz idman geyim markasını idarə edirdi. Dünya səyahətləri və dəbdəbəli həyat tərzi ilə ölkədə sosial media fenomeninə çevrilən gözəl modelin gur həyat tərzinin arxasında qaranlıq bir həqiqət var idi.

Buna görə də ölkədə çoxlu həbslərə səbəb olan mütəşəkkil cinayət işində gözəllik kraliçasının adı da hallanırdı. Britaniya mətbuatının yazdığına görə, gənc qadının 2022-ci ildə ölən narkotik alverçisi Leandro Norero ilə əlaqəsi olub və qadının hesabları Baş Prokurorluq tərəfindən araşdırılıb.

Parraqa öldürüldükdən sonra gündəmə gələn təhlükəsizlik kamerası görüntülərində onun Quevedo şəhərindəki bir məkanda adı açıqlanmayan bir kişi ilə söhbət etdiyi görünür.

İkilinin söhbəti davam edərkən, üzlərində maska ​​olan iki silahlı hücumçu qəfil məkana daxil olur. Kişilərdən biri qapıda keşik çəkərkən, digər təcavüzkar sürətlə ikiliyə yaxınlaşaraq həm qadına, həm də kişiyə güllə atır.

Gənc qadın aldığı güllə yarasından yerə yıxılır, təcavüzkar isə yerdə uzanan Parraqaya amansızcasına atəş açmağa davam edir.

Hücum edən iki şəxs gündüz soyuqqanlı bir qətl törətdikdən sonra sürətlə qaçaraq yoxa çıxıblar. Qan içində yerdə uzanmış gənc qadının görüntüsü insanı ürpəşdirirdi. Hadisə yerinə gələn təhlükəsizlik qüvvələri sürətlə dəlil toplamaq üçün işə başlayıb. İstintaq davam edir.

Aysun / Demedia.az