Şeytanın ağlına gəlməz: Keramika üzlüklü divardan çıxdı
Mersində 8 ayrı faylda 7 il 7 ay 15 gün son cəzası ilə axtarışda olan M.H.G. (25) gizləndiyi evin hamamında gizli kupedə yaxalanıb.
Demedia.az xəbər verir ki, İl Təhlükəsizlik Müdirliyi Asayiş Şöbə Müdirliyi qrupları 8 ayrı cinayətdən ümumilikdə 7 il 7 ay 15 gün həbs cəzası ilə axtarışda olan M.H.G.-nin gizləndiyi evdə əməliyyat keçirib.
Şübhəlinin evində axtarış aparan qruplar yataq otağında hamamın keramika üzlüklü divarında gizli kupe olduğunu müəyyən ediblər. Xüsusi kupeni açan qruplar orada gizlənən M.H.G-ni yaxalayıb.
Bədənində aparılan axtarış zamanı sənədsiz silahı ələ keçirilən şübhəli ifadəsi alınmaq üçün polis bölməsinə aparılıb.
Aysun / Demedia.az