Gənc qadın 2 uşağının gözü qarşısında boğularaq öldürülüb - VİDEO
Türkiyədə dəhşətli hadisə yaşanıb.
Demedia.az xəbər verir ki, Başakşehirdə iki övladının gözü qarşısında boğularaq öldürülən Suriya əsilli Əminə Dərvişin qatilinin kimliyi qan dondurub.
Qətldən sonra Kilisə qaçan şübhəli polis tərəfindən saxlanılıb. Şübhəlinin Emine Dərvişi öldürərək onun qızıl-zinət əşyalarını və mobil telefonunu oğurladığı öyrənilib.
35 yaşlı Əminə Dərviş aprelin 22-də Başakşehirin Güvercintəpə səmtindəki evində boğularaq öldürülmüş halda tapılıb. Qətl törədilən zaman Əminə Dərvişin iki övladının evdə olduğu məlum olub.
Hadisə ilə bağlı Qətl Bürosunun başlatdığı araşdırmada polis hadisə zamanı işdə olan ər A.H.-nın ifadəsini alıb: "Səhər saat 07:00-da evdən çıxdım. Sonra qonşularım mənə zəng edib dedilər ki, evdən səs gəlir, uşaqlarım kömək istəyir. Dərhal yola düşdüm. İşdən çıxıb evə getdiyim zaman arvadımı çarpayının yanında boğulmuş vəziyyətdə tapdım, polisə zəng etdim". Ər qardaşı oğlunun 9 ay onların evində qaldığını, daha sonra arvadı ilə dalaşaraq evi tərk etdiyini, qətli törətmiş ola biləcəyini bildirib.
Aysun / Demedia.az