Netanyahu Rəfaha hücum ediləcəyinə söz verib



 18:58 30.04.2024     293

İsrailin milli təhlükəsizlik naziri Itamar Ben-Qvir bildirib ki, Baş nazir Benyamin Netanyahu ona 1,5 milyon fələstinlinin sığındığı Qəzza zolağının cənubundakı Rəfaha qurudan hücum ediləcəyini söz edib.

Demedia.az xəbər verir ki, Ben-Qvir X sosial media platformasındakı paylaşımında Netanyahu ilə onun xahişi ilə Rəfaha mümkün hücumla bağlı görüşdüyünü bildirib. Ben-Qvir qeyd edib ki, Netanyahuya Rəfaha qurudan hücumun zəruriliyi ilə bağlı xəbərdarlıq edib və baş nazirin İsrailin Rəfaha girəcəyi və davam edən Qəzzaya hücumlarının davam edəcəyini bildirib.

Ben-Qvir Netanyahunun Rəfaha qurudan hücum olacağı ilə bağlı açıqlamalarını alqışladığını bildirib.

Bahadur Seyidov