Hizbullah İsrailin sərhəddəki hərbi tankını idarə olunan raketlə hədəfə alıb



 18:57 30.04.2024     297

Hizbullah hərəkatı İsrailin sərhəddəki hərbi tankını idarə olunan raketlə hədəfə aldığını açıqlayıb.

Demedia.az xəbər verir ki, Hizbullah tərəfindən verilən açıqlamada Livanın cənubundan İsraillə sərhəddə yerləşən Metula qəsəbəsinə hücumun təşkil edildiyi bildirilib. Açıqlamada İsrailin Metuladakı hərbi tankının idarə olunan raketlə hədəf alındığı, İsrail əsgərləri arasında ölən və yaralananların olduğu qeyd edilib.

Metulada fərqli nöqtədə olan əsgərlərin də idarə olunan raketlə vurulduğu da bildirilib.

Bahadur Seyidov