Netanyahudan Rəfaha hücumla bağlı açıqlama



 19:03 30.04.2024     292

İsrailin baş naziri Benyamin Netanyahu, HƏMAS ilə əsir mübadiləsi razılaşmasının əldə edilib-edilməməsindən asılı olmayaraq Qəzza zolağının cənubundakı Rəfah şəhərinə qurudan hücum edəcəklərini bildirib.

Demedia.az xəbər verir ki, İsrail mətbuat xidmətinin verdiyi açıqlamaya görə, Netanyahu Qəzzada israilli məhbusların yaxınlarının nümayəndələri ilə görüşüb. Görüşdə məqsədlərinə çatana qədər Qəzzaya hücumları dayandırmayacaqlarını deyən Netanyahu, əsir mübadiləsi razılaşmasının əldə edilib-edilməməsindən asılı olmayaraq, Rəfaha qurudan hücum edəcəklərini bildirib.

Netanyahunun Rəfaha qurudan hücum ediləcəyini elan etməsinin İsraillə HƏMAS arasında əsir mübadiləsi danışıqlarının davam etdiyi dövrə təsadüf etməsi diqqət çəkib.

Bahadur Seyidov