Bu bitki hamının evində var - Amma faydasını 90% insan bilmir - Video
Çoxlarının evində olan bu pul ağacı bitkisinin 10-dan çox xəstəliyi sağaltdığını bilirdizmi? Əminəm ki bunu ilk dəfə eşitdiniz. Təəccüblü görünsə də bu həqiqətdi. Görünüşü və mistik gücünə görə əksər evlərdə olan, PUL AĞACI adlanan bu bitki həm də şəfa mənbəyi imiş. Bu gün sizə bitkinin faydaları və istifadə qaydaları haqda danışacam. Bəs bu bitkidən sizin evinizdə də varmı? Ondan heç dərman vasitəsi kimi istifadə etmisizmi? Zəhmət olmasa aşağıda yerləşən şərh bölümünə yazın. Mən də möcüzə bitkinin faydalarından danışım. “Pul ağacı” və ya “Crassula” kimi tanınan bitki dovşankələmi cinsinə aiddir. Bu cinsin 350-yə qədər növü var, əksəriyyəti Cənubi Afrikada, həmçinin, Madaqaskarda yetişir. Evdə yetişdirilə bilən bəzək bitkisinin müalicəvi xüsusiyyətləri, demək olar ki, bütün dünyada tanınır. Hesab edilir ki, o, evə pul cəlb edir, həm də, çiçək açarsa, tezliklə sahibi zəngin olacaq. Və bilməlisiniz ki, pul ağacı nadir hallarda çiçək açır. Mistik xüsusiyyətlərindən əlavə, bu bitki aloe qədər müalicəvidir. Pul ağacının tərkibində çoxlu sayda faydalı mikroelementlər və uçucu yağlar var. Bu isə imkan verir ki, o, bir sıra xəstəliklər zamanı istifadə edilsin. Pul ağacı antibakterial və antiviral dərman kimi: -həşərat dişləməsindən yaranan yaraları sağaltmaq və dezinfeksiya etmək üçün istifadə olunur; -şişkinliyin qarşısını alır; -qaşınmanı yox edir; -herpes, qabar və suluqların müalicəsi üçün istifadə olunur; -varikoz damarları, artrit, artroz, hemoroid və podaqra ağrılarını azaldır;
Demedia.az "Bir Bax" "Youtube" kanalında yayımlanan həmin videonu sizinlə bölüşür. Videonu izləyərək mövzu barədə ətraflı məlumat əldə edə bilərsiniz.
Rəna İsmayılova / Demedia.az