Uşaqlar peyvənd nə vaxt vurulmalıdır? - Video



 12:59 01.05.2024     450

Peyvəndlər immun sistemində bir çox xəstəliklərlə daha səmərəli mübarizə aparmağa kömək edir. Peyvənddən sonra virus orqanizmə daxil olsa da, immunitet onu məhv edir. 

Sağlam uşaqlar mütləq peyvənd olunmalıdır. Müəyyən xəstəlik keçirən uşaqlara isə yalnız sağaldıqdan sonra peyvənd vurulmalıdır: “Uşaqların yalnız pediatr yoxlamasından keçəndən sonra peyvənd olunmasına icazə verilir. Amma müəyyən xəstəliklər var ki, məsələn qan xəstəlikləri olan uşaqlara peyvənd vurulmamalıdır.

Bəzən valideynlər uşaqların peyvənd hüququnu əlindən alır. İnternet üzərindən yayılan yanlış məlumatlar insanlarda ciddi qorxular yaradır ki, bunların da heç bir əsası yoxdur. Bəzən valideynlər peyvəndlərin uşaqların sağlamlığında nə dərəcədə önəmli rol oynadığını bilmir.

Demedia.az   Pediatr Səidə Əhmədova "Youtube"  kanalında yayımlanan həmin videonu sizinlə bölüşürük. Ətraflı məlumat üçün videonu izləyə bilərsiniz.

Rəna İsmayılova / Demedia.az