Netanyahu və Blinken bir araya gəlib
İsrailin baş naziri Binyamin Netanyahu HƏMAS ilə məhbus mübadiləsi razılaşması əldə etmək səylərini müzakirə etmək üçün ABŞ dövlət katibi Antoni Blinkenlə görüşüb.
Demedia.az xəbər verir ki, İsrailin Mətbuat Ofisindən verilən yazılı açıqlamada Netanyahu və Blinkenin Qərbi Qüdsdəki baş nazirlik ofisində görüşdüyü bildirilib. Açıqlamada, geniş tərkibdəki görüşün Netanyahu ilə Blinkenin təkbətək görüşündən sonra keçirildiyi, lakin görüşlərin məzmunu ilə bağlı məlumat verilmədiyi bildirilib.
Bahadur Seyidov