Avstraliya iki hind cəsusunu deportasiya edib
Avstraliyanın 2020-ci ildə müdafiə layihələri və ölkənin ticarət əlaqələri ilə bağlı məxfi məlumatları oğurlayan 2 hindistanlı casusunu sakitcə deportasiya etdiyi irəli sürülüb.
Demedia.az xəbər verir ki, “The Washington Post”un xəbərinə görə, Avstraliyanın keçmiş baş naziri Skott Morrisonun hakimiyyəti dövründə 2 hindistanlı kəşfiyyatçının ölkədən deportasiya edildiyi bildirilib. Avstraliyanın maliyyə naziri Cim Çalmers 4 il əvvəl hindistanlı casusların deportasiya edilməsi ilə bağlı iddiaları şərh etmək istəmədiyini bildirib.Hindistanla ikitərəfli əlaqələrin son illərdə kifayət qədər yaxşı olduğunu bildirən Çalmers, "Belə mövzulara girmək istəmirəm" deyib.
Bahadur Seyidov