ABŞ administrasiyası fələstinliləri qaçqın kimi ölkəyə gətirməyi planlaşdırır



 17:59 01.05.2024     287

ABŞ administrasiyası ABŞ-la əlaqəsi olan fələstinliləri qaçqın kimi ölkəyə gətirməyi planlaşdırır.

Demedia.az xəbər verir ki, “CBS News”un rəsmi xəbər saytındakı xəbərdə, ABŞ qurumlarında yüksək səviyyəli rəsmilərin Qəzzada İsrailin hücumlarına məruz qalan fələstinlilərin ABŞ-a köçürülməsi üçün müxtəlif variantları müzakirə etdiyi bildirilib.Xəbərdə ABŞ vətəndaşı olan və ya ölkədə yaşayan qohumu olan fələstinlilərlə bağlı araşdırmaların aparıldığı vurğulanıb. Bildirilib ki, ABŞ-da qohumları olan fələstinlilərə yönələn bu tətbiqin müharibədən zərər çəkmiş Qəzzanı tərk edənlər üçün “təhlükəsiz sığınacaq” imkanı yaratması planlaşdırılır.

Bahadur Seyidov