Qahirədə İsrail və HƏMAS arasında anışıqlar davam edir



 17:05 01.05.2024     269

Misirin paytaxtı Qahirədə Qəzza zolağında atəşkəsin yaradılması və məhbusların azad edilməsi ilə bağlı İsrail və HƏMAS arasında anışıqlar davam edir.

Demedia.az xəbər verir ki, Misirin “Əl-Qahera News” televiziyasına yüksək səviyyəli mənbə deyib ki, atəşkəs razılaşmasına nail olmaq üçün səylər məhsuldar atmosferdə davam edir. “Misirdə iki tərəf (İsrail və HƏMAS) arasında bəzi mübahisəli məqamların həlli üçün bütün aidiyyəti tərəflərlə məsləhətləşmələr aparılır”, - deyə adı açıqlanmayan mənbə bildirib.

Bahadur Seyidov