İngiltərədə tələbələr Fələstinə dəstək nümayişi təşkil edib



 09:07 02.05.2024     287

ABŞ-ın Kolumbiya universitetində başlayan Fələstin tərəfdarı etirazlara İngiltərədəki universitetlər də qatılmağa başlayıb.

Demedia.az xəbər verir ki, İngiltərənin müxtəlif yerlərində yerləşən Nyukasl Universiteti, Bristol Universiteti, Uorvik Universiteti, Lids Universiteti, Şeffild Universiteti və Şeffild Hallam Universitetinin tələbələri kampusun açıq ərazilərində toplaşaraq və düşərgələr quraraq digər ölkələrdəki Fələstin tərəfdarı tələbə qruplarına qoşulublar.

Fələstinə dəstək nümayişlərində iştirak edən tələbələr və işçilər öz universitetlərini İsrailə silah tədarük edən şirkətlərlə əməkdaşlığa son qoymağa çağırıblar.

Bahadur Seyidov