“WhatsApp”ın bloklandığı ölkələrdə milyonlarla insan tətbiqdən istifadə edib



 10:00 02.05.2024     292

“WhatsApp”ın idarəçisi Will Cathcart bildirib ki, mobil tətbiqin qadağan olunduğu ölkələrdə on milyonlarla insan müvəqqəti texniki həllərlə “WhatsApp”a gizli şəkildə daxil olub.

Demedia.az xəbər verir ki, BBC-yə danışan Cathcart, "WhatsApp-dan istifadə edən insanlar haqqında çoxlu sistemsiz məlumatlarımız var. Bloklandığımız bəzi ölkələrə nəzər saldıqda on milyonlarla insanın hələ də “WhatsApp”a qoşulduğunu görürük" deyə bildirib. Qeyd edək ki, “WhatsApp” İran, Şimali Koreya və Suriyada qadağan edilib. “WhatsApp”ın qadağan olunduğu ölkələr siyahısına Çin də əlavə edilib. Qətər, Misir, İordaniya və Birləşmiş Ərəb Əmirlikləri kimi digər ölkələr proqramda səsli zəng kimi bəzi funksiyaları məhdudlaşdırıb. Bununla belə, “WhatsApp” qeydiyyatdan keçmiş telefon nömrələri sayəsində istifadəçilərinin real yerini görə bilir.

Bahadur Seyidov