BMT-də Fələstinlə bağlı müzakirə aparıldı



 09:33 02.05.2024     272

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında ABŞ-ın Fələstinin BMT-yə üzvlüyünü tələb edən qətnamə layihəsinə veto qoyması müzakirə edilib.

Demedia.az xəbər verir ki, Fələstinin BMT-dəki daimi nümayəndəsi Riyad Mənsur ölkəsinin BMT-yə tamhüquqlu üzvlüyünün vaxtının çatdığını bəyan edib. O beynəlxalq ictimaiyyəti Fələstini tanımağa çağırıb. Qəzzada həm BMT Baş Assambleyasının, həm də BMT Təhlükəsizlik Şurasının tələb etdiyi atəşkəsin dərhal həyata keçirilməsinin lazım olduğunu vurğulayan Mənsur, müasir tarixdə görünməmiş səviyyədə dağıntılar edildiyinə diqqət çəkib.

Bahadur Seyidov