BMT İsrailli məskunlaşanların fələstinlilərə qarşı hücumların sayının 800-ü keçdiyini açıqlayıb
Birləşmiş Millətlər Təşkilatı İsrailli məskunlaşanlar tərəfindən fələstinlilərə qarşı hücumların sayının 800-ü keçdiyini açıqlayıb.
Demedia.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının sözçüsü Stefan Dujarrik gündəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkəm belə deyib. BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisindən aldığı məlumata istinad edən Dujarrik Şərqi Qüds də daxil olmaqla İordan çayının qərb sahilində vəziyyətin daha da pisləşdiyini vurğulayıb. Qəzzaya yardım paylanması ilə bağlı məhdudiyyətlərin davam etdiyinə diqqət çəkən Dujarrik, İsrailin humanitar yardım missiyalarının dörddə birini əngəllədiyini və 10 faizini isə rədd etdiyini bildirib.
Bahadur Seyidov