Məşhur boksçu  geri qayıdır



 10:21 02.05.2024     256

Boks üzrə ağır çəkidə keçmiş dünya çempionu Mayk Tayson özündən 30 yaş kiçik boksçu ilə döyüşmək üçün yenidən rinqə qayıdır.

Demedia.az xəbər verir ki, “YouTube”dan rinqə keçən 27 yaşlı Ceyk Polla Tayson arasındakı boks görüşü şou xarakterli olmayacaq.

Tayson və Paul döyüşü peşəkar boks matçı kimi rəsmiləşib.  İyulun 20-də keçiriləcək görüş hər iki boksçunun döyüş rekordlarına düşəcək.

Bahadur Seyidov