Rusiya həyat səviyyəsinə görə mövqeyini itirəcək
Beynəlxalq Valyuta Fondu hesab edir ki, Rusiya yaxın illərdə həyat səviyyəsinə görə dünya ölkələri reytinqində öz mövqeyini itirməkdə davam edəcək.
Demedia.az xəbər verir ki, Rusiya Federasiyası hazırda adambaşına düşən ÜDM-ə görə dünyada 68-ci yerdədir ki, bu da iqtisadi fəallıq səviyyəsinin və vətəndaşların həyat keyfiyyətinin göstəricisi hesab olunur. Ötən il Rusiya iqtisadiyyatı adambaşına 13 648 dollar ÜDM istehsal edib - ABŞ-dan 6 dəfə (81 632 dollar), Almaniyadan 4 dəfə, dünya lideri Lüksemburqdan (129 810 dollar) demək olar ki, 10 dəfə azdır.
BVF-nin məlumatına görə, son 10 ildə Rusiya Federasiyasında adambaşına düşən ÜDM 16% azalıb. Nəticədə, dünya reytinqində Rusiya Meksika (13 642 dollar) ilə eyni səviyyədə, Panama (18 725 dollar), Argentina (14 024 dollar), Bolqarıstan (15 854 dollar) və Macarıstandan (22 146 dollar) aşağı yerdə olub.

Bahadur Seyidov