Rus yazıçıların nadir kitabları oğurlanıb
19-cu əsrin rus yazıçılarının 170-dən çox nadir kitabı bütün Avropanın kitabxanalarından oğurlanıb.
Demedia.az “The New York Times”a istinadən xəbər verir ki, ilk növbədə Puşkinin, Lermontovun və Qoqolun ilk nəşrləri olub.
“Europol”un məlumatına görə, 2022-ci ildən kitablar, o cümlədən Riqa, Berlin, Münhen və Parisdə oğurlanıb, lakin ən çox Varşava Universitetinin kitabxanasından - 78 nüsxə yoxa çıxıb.
Vilnüsdə isə kitabxana 440 min avro (demək olar ki, 44 milyon rubl) dəyərində 17 kitabı itirdi. Oğurluq sxemi sadədir: naməlum şəxslər tanış olmaq üçün kitab istədilər, sonra isə onları yüksək keyfiyyətli saxta kitablarla dəyişdirdilər
Onların motivləri hələ dəqiq müəyyən edilməyib. Artıq oğurluqda şübhəli bilinən 9 nəfər saxlanılıb.
Bahadur Seyidov