Məşhur telefon markası  yenidən  bazara çıxır



 13:03 02.05.2024     273

Nokia 3210 (2024) versiyası ortaya çıxıb.

Demedia.az xarici KİV-ə istinadən xəbər verir ki, ilk dəfə 1999-cu ildə təqdim edilən smartfon may ayında yenidən təqdim ediləcək.

HMD Global Nokia-nın ikonik düyməli telefonlarını yeniləməyə davam edir. Şirkətdən verilən son açıqlamaya görə, Nokia 3210 yenidən canlanacaq. İlk dəfə 1999-cu ildə satışa çıxarılan əfsanəvi model rəngli dizaynı ilə böyük təsir bağışlayıb. Cihazın gələn ay yenidən təqdim ediləcəyi gözlənilir.

Bahadur Seyidov