İndoneziyada vulkan fəlakəti böyüyür, kül qonşu ölkəyə çatır
İndoneziyada Ruanq vulkanında davam edən vulkanik fəaliyyətlər səbəbiylə bölgədəki 12 min insan üçün təxliyə qərarı verilib.
Demedia.az xəbər verir ki, kül Malayziyaya doğru hərəkət edərkən İndoneziyada hava nəqliyyatında fasilələr yaranıb. İndoneziyanın şimalındakı Ruanq adasında yerləşən Ruanq vulkanının dünən lava və kül püskürməsindən sonra bölgədə həyəcanlı gözləmə davam edir. Vulkanın vulkanik fəaliyyətlərini davam etdirməsi ilə əlaqədar tədbir olaraq bölgədə 12 min adamın təxliyyə qərarı verilib. Vulkan vulkanın yerləşdiyi Ruanq adası ötən ay baş verən partlayışlar nəticəsində tamamilə boşaldılıb və adada yaşayan 828 nəfər ətraf ərazilərə yerləşdirilib. Son günlər partlayışların intensivləşməsi ilə əlaqədar təxliyyənin həcmi də artıb.
Aysun / Demedia.az