İtinin rəngi dəyişdi, səbəbini öyrənəndə... - İNANILMAZ HADİSƏ



 20:28 02.05.2024     777

Qara itinin naməlum xəstəlik səbəbiylə rəngini dəyişməsi ilə təəccüblənən sahibi dördayaqlı dostunun inanılmaz dəyişikliyini sosial şəbəkədə paylaşıb.

Demedia.az xəbər verir ki, qısa müddətdə paylaşıma şərhlər yağıb və hadisə dünya mətbuatının gündəminə gətirilib.

Maykl Ceksona təsir edən məşhur xəstəlik insan dərisində solğun ağ ləkələrin əmələ gəlməsinə səbəb olur. Xoşbəxtlikdən, ev heyvanlarında vitiliqo ağrısızdır və itin hər hansı bir ağrı və ya narahatlıq içində olduğuna dair heç bir əlamət yoxdur.

Mett əvvəlcə Busterin ağzının və çənəsinin yaxınlığında ağ ləkələri görüb, sonradan onun üzünə və bədəninə yayılıb. İki il yarım ərzində Busterin bədənində ağ ləkələr tədricən yayıldı və itin rəngi tamamilə dəyişdi.

Sahibi Matt Smith itinin inanılmaz rəng dəyişən transformasiyasını paylaşdıqdan sonra sosial media istifadəçiləri dəli olublar.

"Oğlum Buster son 2,5 ildə tamamilə qaradan ağ rəngə çevrilib. Busterdə dərinin (və xəzin) depiqmentasiyasına səbəb olan vitiliqo var".

Fotoların birində Buster qara kürkü ilə, digərində isə həyətində tamamilə ağarmış şəkildə görünür. 

Aysun / Demedia.az