Sevgili tapdı, modellikdən imtina etmək qərarına gəldi!



 21:03 02.05.2024     596

Podyumların ən çox axtarılan modellərindən olan Bella Hadid bir müddətdir karyerasına ara vermişdi, Lyme xəstəliyindən müalicə aldığı üzə çıxan məşhur model şəhər həyatından ayrılaraq sevgilisinin yanına köçmüşdü.

Demedia.az xəbər verir ki, bir müddətdir modellikdən uzaq olan məşhur adın Lyme xəstəliyindən müalicə aldığı məlum olub.

Bella Hadid keçən həftə TikTok videosunda səhər rejimini paylaşdıqdan sonra pərəstişkarlarını şoka salıb. Bellanın 4,2 milyon dəfə izlənilən videosu qısa zamanda internetdə yayılıb. 27 yaşlı supermodel 10 addımlıq ciddi sağlamlıq rejimini paylaşaraq gündəmin ən çox danışılan adlarından biri olub.

Peşəsindən getdikcə uzaqlaşan Bella Hadidin Los-Anceles, Nyu-York kimi şou-biznesin ürəyi döyünən mərkəzlərdə deyil, bir müddətdir Texasda yaşadığı üzə çıxıb.

Aysun / Demedia.az