Sürü halında gəzən ilanlar kənd sakinlərini qorxutdu - VİDEO



 23:48 02.05.2024     716

Hakkarinin Yüksekova mahalında qayalıq sahədə sürü halında ilanların olduğu üzə çıxıb. 

Demedia.az xəbər verir ki, qayalıq ərazidə sürü halında görünən ilanlar kənd sakinlərinin böyük qorxusuna səbəb olub.

Yaz mövsümü ilə birlikdə rayonun müxtəlif yerlərində qış yuxusundan oyanan ilanlar görünməyə başlayıb. Rayonun Beşatlı kəndində qayalıq ərazidə sürü halında görünən ilanlar kənd sakinlərini böyük qorxuya salıb.

Beşatlı kənd sakinləri hər il olduğu kimi kəndlərində fərqli ilan növlərinin görünməyə başladığını bildirib: “Kəndimizdə sürü halında olan ilanlara heç bir şəkildə zərər vermirik. Onlar da bu təbiətin bir hissəsidir. Biz ilanların ləzzət almasını qeydə aldıq. Bir müddətdir gözləyən ilanlar artıq yoxa çıxır".

Aysun / Demedia.az