Zelenski: Müharibədə qalib gəlmədən NATO-ya daxil ola bilmərik



 15:01 03.05.2024     241

“Ukrayna ordusu ABŞ istehsalı olan F-16-ların bu ay gələcəyini gözləyir”.

Demedia.az xəbər verir ki,  bunu Ukrayna prezidenti Vladimir Zelenski deyib.

"Mən yalnız müharibədə qalib gələ bilsək NATO-ya daxil olacağımıza inanıram. Müharibə davam edərkən ittifaqa qəbul ediləcəyimizi düşünmürəm".

Ukrayna lideri ölkəsinin NATO-ya qəbul olunmaq üçün 32 üzvdən razılıq alması lazım olduğunu xatırladıb və müharibənin davam etdiyi bir vaxtda bəzi ölkələrin Ukraynanın NATO-ya üzv olmasını “riskli hesab etdiyini” bildirib. Zelenski NATO-ya üzvlüyün Ukraynanın müstəqilliyinə zəmanət verəcəyini müdafiə edərək, “Ukraynanın alyansa qəbul edilməsi üçün biz qalib olmalıyıq” deyib.

Bahadur Seyidov