CHP liderindən Ərdoğana hədiyyə...



 15:39 03.05.2024     352

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada CHP sədri Özgür Özəllə görüşüb.

Demedia.az xəbər verir ki,  Prezident Ərdoğan ilə CHP lideri Özəl arasında maraqla gözlənilən görüş 1 saat 35 dəqiqə davam edib. Özəl görüşdən sonra heç bir açıqlama vermədən CHP Ümumi Mərkəzinə getdiyi halda, CHP qaynaqlarından alınan ilk kulis məlumata görə, görüş müsbət atmosferdə keçib.

Əhəmiyyətli görüş zamanı liderlərin hədiyyə mübadiləsi də diqqətdən yayınmayıb. Görüşdə Özəl Ərdoğana Paşabahçenin "Gururla" serialından "Cümhuriyyət Ateşi" adlı əşya hədiyyə edib.

Bahadur Seyidov