Gənc qadını zorla taksiyə mindirib qaçırdılar - Türkiyədə şok hadisə
Türkiyədə dəhşətli hadisə yaşanıb.
Demedia.az xəbər verir ki, Pendikdə gənc qadın bıçaqlı şəxs tərəfindən zorla taksiyə mindirilərək qaçırılıb. Həmin anlar mobil telefon kamerası ilə lentə alınıb.
Hadisə ötən cümə günü saat 16:00 radələrində Pendik Kavakpınar Məhəlləsində baş verib. İddiaya görə, bıçaqla silahlanmış şəxs gənc qızı küçənin ortasında zorla taksiyə mindirməyə çalışıb. Qışqırıq səslərini eşidən məhəllə sakinləri küçələrə axışıb.
Vətəndaşlar müdaxilə etməyə çalışsalar da, bıçaqla silahlanmış şəxs gənc qızı zorla taksiyə mindirərək göz yaşları içində qaçırıb. Taksiyə minmək istəməyən gənc qızın “məni döyəcəyinizi bilirəm, yalvarıram buraxın” dediyi eşidilib.
Həmin qorxulu anlar vətəndaşın mobil telefonunun kamerasına əks olunub.
Aysun / Demedia.az