Rusiya Blinkenin səfərindən danışdı
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ-ın son illərdə Fələstin məsələsində sülh prosesinə mane olduğunu bildirib.
Demedia.az xəbər verir ki, ABŞ dövlət katibi Antoni Blinkenin Yaxın Şərqə, o cümlədən İsrailə səfəri ilə bağlı sualı cavablandıran Zaharova bildirib ki, Qəzza zolağında böhran başlayandan bəri Rusiya, həm beynəlxalq arenada, həm də ikitərəfli görüşlərdə dəfələrlə bəyan edib ki, atəşkəs təmin edilməli və Qəzza xalqına təcili olaraq humanitar yardımlar edilməlidir. “Regionda baş verən faciəvi hadisələr bir daha aydın şəkildə göstərir ki, Yaxın Şərq probleminin həlli üçün siyasi üfüq dəqiq müəyyən edilmədikcə, münaqişə zonasında daimi sülhə nail olmaq mümkün olmayacaq”. dedi.” - Zaxarova deyib.
Bahadur Seyidov