İsrail ordusunun 2023-cü ildən Qəzza hücumları nəticəsində 10 min insan itkin düşüb
İsrail ordusunun 2023-cü ildən Qəzza zolağına hücumları nəticəsində 10 min insan itkin düşüb və ya dağıntılar altında qalıb.
Demedia.az xəbər verir ki, Qəzza hökumətinin media ofisindən verilən açıqlamada İsrail ordusunun 2023-cü ildən Qəzza zolağında 3070 qırğın törətdiyi bildirilib.Qəzzada İsrailin hücumlarına məruz qalanların 72 faizi qadın və uşaqlardır. Açıqlamada, İsrail ordusunun Qəzza zolağına təşkil etdiyi hücumlarda 14 min 944 uşaq və 9 min 849 qadının həyatını itirdiyi, 10 min insanın dağıntılar altında qaldığı və ya itkin düşdüyü bildirilib.
Bahadur Seyidov