İsrailin maliyyə naziri Rəfaha tam qüvvə ilə qurudan hücuma çağırıb
İsrailin maliyyə naziri Bezalel Smotrich Qəzza zolağında didərgin düşmüş fələstinlilərin sığındığı Rəfaha dərhal və tam qüvvə ilə qurudan hücuma etməyə çağırıb.
Demedia.az xəbər verir ki, Smotriç X sosial media platformasındakı paylaşımında girov mübadiləsi razılaşması üçün İsrail və HƏMAS arasında dolayısı danışıqlara dair açıqlamalar verib.
“HƏMAS-ın məhbus mübadiləsi üçün Qəzzaya hücumlarına son qoyma şərti fırıldaqçılıqdır. Bunu imzalayaraq qəbul edən və ya buna göz yuman hər hansı bir İsrail lideri İsrail vətəndaşlarının təhlükəsizliyinə bilərəkdən laqeyd yanaşdığı üçün əbədi olaraq xatırlanacaq” - Bezalel Smotrich deyib.
Bahadur Seyidov