İsrail Türkiyəyə sanksiya tətbiq edəcək
Təl-Əviv Ankaraya qarşı dörd maddədən ibarət sanksiya planı hazırlayıb
Demedia.az xəbər verir ki, bu barədə “Times of Israel” qəzeti yazıb.
Qeyd edilib ki, İsrailin xarici işlər naziri İsrael Katz və yüksək rütbəli hökumət rəsmiləri Türkiyəyə qarşı bəzi ortaq addımlar atmaq barədə razılığa gəliblər.
Katz, İsrail iqtisadiyyatının güclü olduğunu və Türkiyə iqtisadiyyatının daha çox zərər görəcəyini müdafiə edib.
Sözügedən qərarlar aşağıdakı kimi sıralanıb:
Türkiyə, Fələstin Administrasiyası və Qəzza arasında hər hansı iqtisadi əlaqələri azaltmaq üçün hərəkətə keçin.
Ticarət müqavilələrini pozduğuna görə Türkiyəyə qarşı sanksiyaları nəzərdən keçirmək üçün beynəlxalq iqtisadi forumlara müraciət etmək.
Yaxın gələcəkdə İsrail iqtisadiyyatı üçün müxtəlif sahələrdə və məhsullarda alternativlər tapmaq üçün İqtisadiyyat Nazirliyi ilə əməkdaşlıqda böyük alternativ bankın yaradılması.
Təsirə məruz qalan İsrail ixrac sektorlarına yardım.
Bahadur Seyidov