Türkiyə klubunda şok: Köhnə çörək yeyirik, duş almırıq...
Liqada qalmaq üçün mübarizə aparan iki komanda Gaziantep FK və Atakaş Hatayspor, Trendyol Super Liqasının 35-ci həftəsində üz-üzə gəlib.
Demedia.az xəbər verir ki,qarşılaşma 1:1 hesablı bərabərliklə yekunlaşıb.
"Hatayspor"un təcrübəli qapıçısı Erce Kardeşler matçdan sonra diqqəti çəkən açıqlamalar verib: "Mövsümün əvvəlindən çox tənha idik. Sahəmiz, obyektimiz, pulumuz yox idi. Mən ilk dəfədir ki, bir klubun belə getdiyini görürəm. 5 aydır ki, köhnə çörək yeyirik. Duş qəbul etmədən məşqdən sonra evə gedirik. 1,5 saatlıq yoldan heç danışmıram. Mən çox üzr istəyirəm. Tək arzum “Hatayspor”un liqada qalmasıdır. Hataylılar üçün buradayam Volkan Hoca da tək qaldı.Bura qədər gəlib çıxmışıqsa, Volkan müəllimin sayəsindədir”.
Aysun / Demedia.az