HƏMAS Qahirədə danışıqların başa çatdığını elan edib



 13:00 06.05.2024     155

HƏMAS Misirin paytaxtı Qahirədə İsraillə iki gündür davam edən Qəzzada atəşkəs və qarşılıqlı məhbus mübadiləsi danışıqlarının sona çatdığını açıqlayıb.

Demedia.az xəbər verir ki,Misirin paytaxtı Qahirədə İsrail və HƏMAS nümayəndə heyəti arasında iki gündür davam edən atəşkəs danışıqları heç bir nəticə verməyib. Bəyanatla çıxış edən Həmas danışıqların yekunlaşdığını bildirib. Hərəkatın verdiyi yazılı açıqlamada bu ifadə işlədilib:

"Qahirədə aparılan danışıqlar başa çatıb. HƏMAS heyəti hərəkat liderləri ilə məsləhətləşmək üçün şəhəri tərk edəcək".

Aysun / Demedia.az