Çempionluq yaxınlaşır - İcardi



 08:00 06.05.2024     176

Lider "Qalatasaray" Trendyol Superliqasının 35-ci həftəsində "Sivasspor"u qəbul edib. Qarşılaşmada sarı-qırmızılılar 6:1 hesabı ilə qalib gəlib.

Demedia.az xəbər verir ki,   "Qalatasaray"ın futbolçuları Mauro İkardi, Dris Mertens və Viktor Nelsson matçdan sonra açıqlama verib.

Mauro İkardi, "Çətin rəqib olduğunu bilirdik. Azarkeşlərimizin dəstəyi ilə yaxşı oynayacağımıza inanırdıq və buna nail olduq. Çətin bir mövsümdür, oktyabrdan bəri yüzdə-yüz olmamışam. Zədələrimə baxmayaraq, komandaya töhfə verməyə çalışırdım və çempionluq yaxınlaşır. Qısa bir mərkəz hücumçusu olaraq hər yerdə azarkeşlərimizə maraq göstərməyə davam edirəm".

Aysun / Demedia.az