Gəlin soyundu, toy ləğv edildi... - Qayınananın sözləri aləmi bir-birinə qatdı



 19:00 06.05.2024     772

Toyun ortasında qayınanasının onu və ailəsini aşağılayan sözlərini eşidən gəlin dərhal toyu ləğv etmək qərarına gəlib.

Demedia.az xəbər verir ki, qonaqlar şokda olarkən gənc qadın gəlinliyini çıxararaq səhnədən enərək məkanı tərk edib.

Çinin Jiangsu əyalətində baş verən hadisəyə görə, bəyin anasının bəzi sözləri gəlini və ailəsini, eləcə də qonaqları heyrətə saldıqdan sonra gəlin toyu yarımçıq qoyaraq toyu ləğv etmək qərarına gəlib.

Yerli mətbuatın məlumatına görə, səhnədə keçirilən mərasim zamanı bəyin anası oğlunu tərifləməyə, onun yaxşılığını və gözəlliyini təsvir etməyə başlayıb. O, oğlunun “qeyri-adi qabiliyyətlərə” malik olduğunu, hətta cehiz belə vermədən evləndiyini fəxrlə bildirdi.

Hamının gözü qarşısında bunları dinləyən gəlin və ailəsi son dərəcə incinib. Gəlin qayınanasının cehizlə bağlı dediklərini həm özünü, həm də ailəsini təhqir kimi qiymətləndirib.

Gənc qadın özünün və ailəsinin maddi vəziyyətini düşündüyü üçün bəydən cehiz tələb etmədiyini, özünün və ailəsinin dəyərinin və fədakarlığının bilinmədiyini deyərək dərhal toyu ləğv etmək qərarına gəldiyini bildirib. Daha sonra gəlinlik paltarını çıxararaq səhnədən düşüb.

Aysun / Demedia.az