Türkiyədə şok: Məktəbdən qovulan qız görün nə etdi
Mardinin Kızıltəpə rayonunda davamsızlıq və intizam cəzası səbəbilə məktəbdən qovulan lisey son sinif şagirdi silahla məktəbin qapısına gəlib.
Demedia.az xəbər verir ki, məktəbə daxil olmaq istəyən, qapını təpiklə vuran və havaya bir neçə dəfə atəş açan tələbə qız polis tərəfindən saxlanılıb. Həmin anlar mobil telefonun kamerasına əks olunub.
Hadisə günorta saatlarında Kızıltəpə rayon mərkəzindəki Kənan Kösen liseyinin qarşısında baş verib. Bir müddət əvvəl davamsızlıq və intizam cəzalarına görə məktəbdən qovulan adı hələ də açıqlanmayan yuxarı sinif şagirdi qız əlində silahla məktəbin qarşısına gəlib. Bağlı qapıdan içəri girə bilməyən tələbə belindən çıxardığı silahla havaya bir neçə atəş açıb. Ətrafda və məktəb daxilində böyük çaxnaşma yaşanarkən, qız şagird qapını təpikləməyə başlayıb. Həmin anlar mobil telefonun kamerasına əks olunarkən, xəbər tutan polislər əraziyə gələrək tələbə qızını saxlayıb. Şübhəlinin polis bölməsində istintaqı davam edir.
Aysun / Demedia.az