CHP sədri Özgür Özəl sabah MHP lideri Dövlət Baxçalıyla görüşəcək.
![](/adv/turkiyede-mualice.gif)
![](https://img.demedia.az/news/2024/05/photo_26691.jpg)
CHP lideri Özgür Özəl prezident Ərdoğanla görüşündən sonra növbəti sürpriz səfər edəcək. Özəl sabah Türkiyə Böyük Millət Məclisində MHP sədri Dövlət Baxçalı ilə görüşəcək.
Demedia.az xəbər verir ki, Saat 12:00-da keçiriləcək iclasda gündəlikdəki məsələlərin müzakirəsi gözlənilir.