Fələstindən Rəfahla bağlı çağırış



 20:24 06.05.2024     241

Fələstin Rəyasət Heyəti İsrailin Qəzza zolağının cənubundakı Rəfah şəhərini işğalının qarşısını almaq üçün regional partiyalar və beynəlxalq dairələr, xüsusilə ABŞ ilə intensiv danışıqlar aparıldığını bildirib.

Demedia.az xəbər verir ki, Fələstin rəhbərliyinin açıqlamasında "Rəfahın işğalı 1,5 milyon Fələstin vətəndaşının daha əvvəl xəbərdar etdiyimiz qırğın, kütləvi soyqırım və köçkünlük cəhdlərinə məruz qalması deməkdir. Rəfahın işğalını dayandırmaq, regional, beynəlxalq və ABŞ başda olmaq üzrə güclər, tərəflərlə sıx təmaslarımızı davam etdiririk” deyə bildirilib.

Bahadur Seyidov