Beynəlxalq Miqrasiya Təşkilatından Qəzza barədə açıqlama



 21:02 06.05.2024     279

Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Miqrasiya Təşkilatı İsrail ordusunun Qəzza zolağının cənubunda yerləşən Rəfah şəhərinə qarşı mümkün quru hücumları səbəbindən insanların yenidən oradan köçürülməsindən dərin narahat olduğunu bildirib.

Demedia.az xəbər verir ki, Beynəlxalq Miqrasiya Təşkilatı sosial media platformasında Rəfahdakı vəziyyətlə bağlı yazı paylaşıb. “Rəfahda münaqişə nəticəsində artıq didərgin düşmüş insanların yenidən məcburi köçkünə çevriləcəyindən dərin narahatıq. Qəzzalıların sığınacaq üçün təhlükəsiz yeri qalmayıb” - açıqlamada deyilir.

Bahadur Seyidov