Rusiyadan Britaniyaya etiraz
Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, Ukrayna Britaniya silahları ilə Rusiya ərazisinə hücum edərsə, Ukrayna hüdudlarından kənarda Britaniya hərbi elementləri vurula bilər.
Demedia.az xəbər verir ki, Nazirlikdən verilən açıqlamada xatırladılıb ki, Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron “Reuters” agentliyinə müsahibəsində “Ukraynanın Rusiya ərazisindəki hədəflərə Britaniya silahları ilə hücum etmək hüququ var” açıqlamasını verib. Bu səbəbdən bəyanatda Böyük Britaniyanın Moskvadakı səfiri Naycel Keysinin nazirliyə çağırılaraq etiraz notası verildiyi qeyd edilib.
Bahadur Seyidov